Ərdoğanı təhqir edən idmançının lisenziyası ləğv olundu
- 08 Fev 2022 14:45
- 530
Türkiyəli keçmiş üzgüçü Dərya Büyükuncunun saxlanılması barədə qərar verilib.
Rekord.az xəbər verir ki, bu barədə dw.com məlumat yayıb.
Belə qərarın verilməsinə səbəb idmançının koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan haqqında təhqir dolu paylaşım etməsidir. İstanbul Baş Prokurorluğu Dərya Büyükuncu haqqında saxlanılma qərarı çıxarıb.
Həmçinin Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sabiq üzgüçünün lisenziyanın ləğv olunduğunu bildirib.
Qeyd edək ki, Dərya Büyükuncu dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. O, 4 dəfə FİNA Dünya Kubokunun qalibi olub.