Moskvanın ermənilərə məxsus olan "Ararat" klubu fəaliyyətini dayandırıb

Rekord.az Rusiyanın championat.com saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının baş katibinin müavini Denis Roqaçev məlumat verib: "Ararat"ın  fəaliyyətini dayandırdığını təsdiq edə bilərik. Böyük borclar var, klub lisenziyadan məhrumdur. Klub əlaqəni dayandırıb"

Qeyd edək ki, "Ararat" 2017-ci ilin martında Moskvada erməni gənclərinin assosiasiyasının dəstəyi ilə yaradılmışdı. "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlində 8-ci yeri tuturdu.