Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Qazaxıstan təmsilçisi erməni yarımmüdafiəçi Petros Avetisyanı transfer edib. Bu barədə Kostanay klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçuyla müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.

Ermənistan millisinin də üzvü olan Avetisyanın son klubu “Ararat” olub.

“Tobol” klubunda bir müddət əvvəl baş məşqçi postuna ermənistanlı Qriqori Babayan gətirilib.