“Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq”
- 17 Okt 2019 15:21
- 771
Bu gün Bakı İdman Sarayında dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın brifinqi olub.
Rekord.az xəbər verir ki, braziliyalı mütəxəssis bunları söyləyib:
“Sabah – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdü. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Təlim-məşq toplanışına isə dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına konkret məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso Everton və Carvalho Vilela Dos Santos zədə səbəbindən komandaya qoşula bilməyəcəklər.
Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdi. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiniz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk”.