Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov yeni təyinat alıb.

Rekord.az xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə kişi həndbolçulardan ibarət Avropa Kubokunun “Beşiktaş” (Türkiyə) – “Sesvete” (Xorvatiya) matçında iş başında olacaq.

O, həmin görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Yarışın 3-cü mərhələsinin cavab oyunu dekabrın 3-də İstanbulda keçiriləcək.