İngiltərənin “Everton” klubu karantinə alınıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub, futbolçularından birində koronavirus epidemiyasının əlamətləri üzə çıxdıqdan sonra bu addımı atdığını açıqlayıb. Məlumata görə, əsas komandanın futbolçuları və məşqçi heyəti karantinə alınıb. Klub rəhbərliyi virus simptomları daşıyan futbolçunun da artıq nəzarət altında olduğunu bildirib.

Qərara görə, klubun stadionu “Qudison Park”, bundan başqa, “Everton”a məxsus mağazalar bağlanıb.