AFFA-nın yeni rəhbərliyinin aparacağı islahatlar dalğasının əvəzedicilərin çempionatından da yan keçməyəcəyi istisna edilmir.

Rekord.az-a daxil olan məlumata görə, ümumiyyətlə, bu liqanın ləğvi də istisna edilmir.

Yeni rəhbərlik bunun əvəzində I Liqada komanda sayını artırmağı düşünür. Böyük ehtimalla İK-nın növbəti iclasında bu məsələ də müzakirə olunacaq.