Evin kirayəsini ödəmədiyi üçün məhkəməyə verildi
- 26 Noy 2019 17:26
- 804
"Barselona"nın yarımmüdafiəçisi Arda Turanın başı yenə dərddədir.
Rekord.az xəbər verir ki, icarə əsasında "Başakşəhər"də çıxış edən 32 yaşlı futbolçu məhkəməyə verilib.
Buna Barselonada kirayə götürdüyü mənzilin pulunu ödəməməsi səbəb olub. Ev sahibi türk futbolçunun son bir neçə ayın pulunu ödəmədiyini iddia edib. İspaniya mətbuatı yazır ki, Ardanın mənzil sahibinə 400 min avro borcu var.
Məbləğin 100 mini icarə haqqı, qalanı isə evə dəyən ziyana görə tələb edilir. Bir neçə dəfə yarımmüdafiəçi ilə əlaqə saxlayan sahibkar pulunu ala bilmədiyini anlayaraq məhkəmə müraciət edib.