Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu
- 10 Dek 2019 12:44
- 755
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisinin belçikalı futbolçusu Aksel Vitsel sıradan çıxıb.
30 yaşlı futbolçu yaşadığı evdə yıxılıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, xoşagəlməz hadisə nəticəsində Vitsel sifətindən ağır xəsarətlər alıb. Vəziyyəti ciddi olan futbolçu hətta xəstəxanalardan birində ağız və üz nahiyəsindən əməliyyat da olunub.
Əməliyyatı uğurlu alınan Belçika millisinin üzvü artıq evə buraxılıb. Amma onun azı bir ay yaşıl meydanlardan kənarda qalması gözlənilir. Yarımmüdafiəçinin bu il baş tutacaq qalan oyunlarda forma geyinməyəcəyi bildirilir. O, ən azı UEFA Çempionlar Liqası çərçivəsində “Slaviya” (Praqa, Çexiya), həmçinin Bundesliqada “Maynts”, “Leyptsiq” və “Hoffenhaym” ilə oyunları buraxacaq.