“Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirildi
- 10 Apr 2023 20:04
- 297
Aprelin 10-da Azərbaycan Velosiped Federasiyasında (AVF) 2023-cü ilin iyun ayında təşkil olunacaq “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasa AVF-nin birinci vitse-prezidenti Sahib Ələkbərov başçılıq edib.
Tədbirdə, həmçinin federasiyanın vitse-prezidenti Fuad Hacıyev və Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.
Toplantı zamanı “Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə olunub. Ələkbərov Təşkilat Komitəsinin üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli velotur 2023-cü ilin iyun ayının 7-dən 11-dək davam edəcək.