Əzizova çox çalışsa da, komandası qələbə qazana bilmədi
- 15 Dek 2019 15:37
- 934
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Əzizova Polşa birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Radomka" səfərdə "Rzeszow" klubu ilə qarşılaşıb.
Görüş Rita və rəfiqələri üçün uğursuz olub. Voleybolçumuzun komandası 3 set davam edən matçda quru hesablı məğlubiyyətə üzülüb - 0:3 (22:25, 20:25, 14:25).
"Radomka"nın xalsız qaldığı oyunda millimizin üzvü 11 dəfə fərqlənib. Bu göstərici ilə o, komandasının heyətində ən məhsuldar oyunçu olub. Əzizova meydan sahiblərini 9 dəfə hücumda, 2 dəfə blokda məyus edib.