Əzizova çox çalışsa da, komandası qələbəni əldən verdi
- 13 Noy 2019 17:01
- 960
Qadın voleyboloçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Polşa çempionatında növbəti oyunu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Radom" səfərdə "Glod" klubunun qonağı olub.
Görüş gərginliyi ilə yadda qalıb. Oyuna daha yaxşı başlayan Rita və rəfiqələri ilk iki seti qalib başa vurublar. Lakin voleybolçumuzun komandası təşəbbüsü əldən verib və ardıcıl 3 hissəni uduzub. 5 set davam etmiş matçda "Radom" 2:3 (25:22, 25:23, 16:25, 31:33, 8:15) hesabı ilə məğlub olub.
"Radom"un qələbəni son anda əldən verdiyi oyunda yığmamızın üzvü 23 xal qazanmaqla komandasının heyətində ən məhsuldar voleybolçu olub. Əzizova bu xallardan 18-ni hücumda, 5-ni isə blokda qazanıb.