Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Polşa birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Radomka" səfərdə "Wroclaw"la üz-üzə gəlib. 

rəqib meydanında baş tutan oyun Rita və rəfiqələri üçün uğursuz alınıb. 4 set davam edən matçda "Radomka" ilk hissədə qalib gəlsə də, yekunda 1:3 (25:22, 19:25, 22:25, 17:25) hesablı məğlubiyyətə üzülüb.

Komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü 9 dəfə fərqlənib. Əzizova bu xallardan 8-ni hücumda, 1-ni isə blokda qazanıb.