Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev kişi voleybolçulardan ibarət millimizlə görüşüb. "Rekord.az" xəbər verir ki, görüşdə vitse-prezidentlər Əbülfəz Hüseynovla Cəlil Cəfərov və AVF-nin baş katibi Fərid Xəlilov da iştirak ediblər.

AVF rəsmiləri komandamıza İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıblar. Faiq Qarayev bildirib ki, bu gün komandamızın İslamiadada mükafatçılar sırasında olmaq üçün böyük şansları var. Buna görə AVRO-2023-ün təsnifat mərhələsində keçirilən iki oyunun məğlubiyyətini unutmaq və qarşıdakı oyunlara köklənmək lazımdır. 

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək kişi voleybolçularımız avqustun 8-də Konyaya yola düşəcək.