Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev daha bir vəzifəni icra edəcək. "Rekord.az" xəbər verir ki, təcrübəli mütəxəssis "Azərreyl" klubunun prezidenti təyin olunub.

Qeyd edək ki, Qarayev uzun illər "Azərreyl"in baş məşqçisi postunda çalışıb və bir sıra uğurlar qazanıb. O, həmçinin uzun illər qadın voleybolçulardan ibarət yığma komandamızın da əsas məşqçisi olub, millimizlə bir sıra nailiyyətlərə imza atıb.