İspaniya La Liqasının 22-ci turunda “Levante” üzərində qələbə “Barselona”nın futbolçusu Ansu Fati üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, görüşdə iki qol vuran 17 yaşlı yarımmüdafiəçi La Liqadan dubl edən edən ən gənc futbolçu olub. O, bunu 17 yaş 94 günlüyündə edib. Fati qollarını 100 saniyə ərzində vurub. Hər iki ötürməni isə kapitan Lionel Messi verib.

Bundan əvvəlki rekord isə hazırda “Betis”də çıxış edən Xuanmi Ximenesə məxsus idi. O, “Malaqa”da oynayarkən – 2010-cu ildə 17 yaş 115 günlüyündə La Liqada dubl edib.