Fati tarixə düşdü
- 11 Dek 2019 19:23
- 969
“Barselona”nın gənc istedadı Ansuman Fati Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”i məğlub etdikləri (2:1) oyunda rekorda imza atıb.
Rekord.az xəbər verir ki, sona 4 dəqiqə qalmış fərqlənən Fati 17 yaş 40 günlüyündə olub.
Bu isə yarışın qrup mərhələsi üçün rekord sayılır. Bu mərhələdə indiyə qədər qol vuran ən gənc futbolçu “Russenborq”un üzvü Peter Ofori-Qeye idi - 17 yaş 195 günlük.