Faxralı ardıcıl üçüncü dəfə Borçalının ən güclüsü oldu
- 30 Dek 2019 14:00
- 1121
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı kəndlər arasında keçirilən Borçalı Mini Futbol Çempionatının dördüncü mövsümü də başa çatıb.
Əsas məqsədi sözügedən zonada yaşayan əhalinin birlik və bərabərliyinin möhkəmləndirilməsi olan turnirə maraq bu dəfə yüksək olub.
Ümumilikdə 20 komandanın iştirakı ilə sentyabrda start götürən turnirin finalında Faxralı və Kirov kəndlərinin komandaları üz-üzə gəlib.
Əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatan qarşılaşmanın taleyini penalti vuruşları həll edib.
Daha dəqiq oynayan Faxralı futbolçuları 5:4 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu, Faxralı komandasının ardıcıl üçüncü çempionluğudur. Kirovlu futbolçular isə ardıcıl ikinci dəfə finalda rəqibi ilə bacarmayıb.