Martın 18-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Federasiya kuboku keçiriləcək.

Rekord.az xəbər verir ki, Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutacaq yarışda idmançılar qrup ötüşməsində mübarizə aparacaqlar.

15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 9 km (2 dairə), Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar isə 13,5 km (3 dairə) məsafə qət edəcəklər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçiriləcək yarışa saat 12:00-da start veriləcək.  İdmançıların qeydiyyatı isə start yerində saat 11:00-da başlayacaq.

Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.