Avstriya Futbol Assosiasiyasının prezidenti Klaus Mitterdorfer istefa verib.


Rekord.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib.


Avstriya millisi Millətlər Liqasının 2024/25 mövsümündə B Liqasının 3-cü qrupunda ikinci yeri tutub. Mitterdorfer isə ölkə futbolunun onun rəhbərliyi altında uğur qazanmadığını düşünərək belə bir addım atıb.


Xatırladaq ki, Mitterdorfer 2023-cü ilin yayından bu vəzifədə işləyirdi.