Federasiya prezidenti vəzifəsindən uzaqlaşdırıldı
- 25 Apr 2020 16:42
- 578
Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas vəzifəsindən uzaqlaşdırılıb.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Eqas, Ekvador Futbol Federasiyasının Direktorlar Şurasının qərarıyla vəzifəsindən qovulub. Buna səbəb, prezidentin iş qaydalarını pozması olub.
Direktorlar Şurasının 9 üzvünün 6-sının ortaq qərarına əsasən federasiyaya vitse-prezident Xayme Estrada rəhbərlik edəcək.
Eqas, 2019-cu ildən Ekvador Futbol Federasiyasına rəhbərlik edirdi.