İngiltərə Futbol Assosiasiyasının prezidenti Qreq Klark koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqanın və digər çempionatların tamamlanmama ehtimalının yüksək olduğunu açıqlayıb.

Rekord.az xəbər verir ki, o, federasiya rəsmiləri ilə birgə keçirdikləri videokonfransda pandemiyanın iqtisadi baxımdan futbola çox böyük ziyan vurduğunu söyləyib.

Klark hətta bu üzdən federasiyada çalışanların maaşlarında endirim etdiklərini də açıqlayıb: 

“Futbol dünyası təxmin edə bilməyəcəyimz maliyyə böhranının içindədi. Klublarımızı və çempionatlarımızı itirmək riskiylə üz-üzəyik. Çempionatları bərpa etməyi çox istəyirik. Amma böyük bir qeyri-müəyyənlik içindəyik. Bu üzdən cari mövsümü bərpa etməyə də bilərik. Çünki bizim üçün önəmli olan futbol yox, insanların həyatıdı".

Qeyd edək ki, İngiltərədə liqalar martın 13-də dayandırılıb.