“Fənərbağça” PSJ-nin futbolçusunu icarəyə götürdü
- 30 Yan 2025 20:30
- 43
"Fənərbağça" Slovakiya millisinin və Fransa təmsilçisi PSJ-nin futbolçusu Milan Şkrinyarı heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi 29 yaşlı müdafiəçi ilə icarə ərasında cari mövsümün sonuna qədər anlaşıb.
Şkrinyar 2023-cü ilin yayında "İnter"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçib. Slovakiya millisinin üzvü olan 29 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.