
“Fənərbağça”nın Avroliqa oyununda ispan hakimlər
- 05 Mar 2025 10:00
- 65
Türkiyədə yerli "Fənərbağça" və Şotlandiyanın "Reyncers" komandaları arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun hakimləri bəlli olub.
Rekord.az xəbər verir ki, qarşılaşma İspaniyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
Baş hakim Alexandro Hernandesə Xose Naranyo və Quadalupe Porras Ayuso kömək edəcək. Dördüncü hakim funksiyasını Xose Luis Munueyra yerinə yetirəcək.
VAR-da Sezar Soto Qrado, AVAR-da Valentin Pizarro Qomes əyləşəcək.
Martın 6-da baş tutacaq "Fənərbağça" - "Reyncers" oyunu Bakı vaxı ilə saat 21:45-də start götürəcək.