“Fənərbaxça” “Atletiko”nun futbolçusunu transfer etdi
- 02 İyl 2024 17:00
- 175
“Fənərbaxça” ötən mövsüm “Atletiko”dan icarəyə götürülən Çağlar Söyüncü ilə bağlı qərar verib.
Rekord.az xəbər verir ki, İstanbul klubu türkiyəli müdafiəçinin transfer hüququna yiyələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqa təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 8,5 milyon avro təzminat ödəyib. Söyüncü klubla 3+1 illik müqavilə imzalayıb.
Çağlar Söyüncü ötən mövsümün ikinci yarısını “Fənərbaxça”da keçirib. Türkiyə millisinin üzvü bu komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.