“Fənərbaxça”da iki ciddi itki
- 21 Noy 2019 10:30
- 901
Türkiyənin “Fənərbaxça” klubu Super Liqanın 12-ci turu çərçivəsində qarşılaşacağı “Yeni Malatyaspor”la oyuna ciddi itkilərlə çıxacaq.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vedat Muriqi, həmçinin almaniyalı legioner Maks Kruse bu qarşılaşmada forma geyinə bilməyəcək.
Hər iki futbolçu zədədən əziyyət çəkir. Hazırda onlar xüsusi proqramla, fərdi qaydada məşq edirlər.
Qeyd edək ki, “Yeni Malatyaspor” - “Fənərbaxça” matçı noyabrın 24-də keçiriləcək.