Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Linkoln Henrike əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ölkə xaricində əməliyyat olunmuş braziliyalı futbolçunun əməliyyatının uğurlu keçdiyi bildirilir. Sol dizinin ön çarpaz bağlarında yırtıq aşkarlanmış 24 yaşlı vinger bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Linkoln Avropa Liqasında İspaniyanın “Sevilya” komandasına qarşı keçirdikləri oyunda zədələnmişdi. O, bu mövsüm “Fənərbaxça”da 35 oyuna çıxıb, 2 qol və 8 məhsuldar ötürmə müəllifi olub.