Fərid Mansurov İdman Nazirliyindəki postundan getdi! ÖZƏL
- 07 Dek 2021 13:43
- 759
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov tutduğu postdan ayrılıb. "Rekord.az" qurumdakı mənbədən daxil olan məlumata görə, tanınmış idmançı, Olimpiya çempionumuz bu qərarı özü verib.
Artıq onun yeni iş yerinin adı da məlumdur. Mansurov Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru vəzifəsində çalışacaq.
Onun nazirlikdəki yerini kimin tutacağı məlum deyil.
Məlumatı dəqiqləşdirmək üçün Fərid Mansurovla əlaqə saxlamağa cəhd etdik. Mütəxəssis telefona cavab vermədi.