Fərid Mansurov: “Prezident Kuboku”nda azarkeş qismində iştirak etmək qürurvericidir”
- 02 May 2024 19:00
- 189
“Burada azarkeş qismində iştirak etmək qürurvericidir”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası barədə danışarkən deyib.
O, ötən gün Suqovuşanda start götürən yarışda 21 ölkə təmsilçilərinin iştirak etdiyini xatırladıb: "Bu cür turnirlərin keçirilməsi gənclərə də böyük təsir edir. Fərqli yerlərdən gələn idmançılar Azərbaycanda Suqovuşan və Mingəçevir kimi gözəl yerlər olduğunu görürlər. Bununla bağlı təbliğat işləri də aparılır". (Report)
Qeyd edək ki, "Prezident Kuboku 2024" beynəlxalq reqatası mayın 3-də başa çatacaq.