Fərid Qayıbov çağırışa qoşuldu, işə piyada getdi
- 25 Noy 2022 11:30
- 427
Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub.
Rekord.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. Fərid Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.
Nazir hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.