"Azərbaycanda hər zaman nüfuzlu yarışlardan sonra bu qayğı olub".

Rekord.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova aiddir.

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa çempionatının iştirakçısı olmuş gənc güləşçiləri qəbul etməsinə toxunan nazir bunun böyük stimul olduğunu söyləyib:

"Hansı ölkə başçısı idmançılara belə qiymət verir? Bilirsiniz ki, gənc sərbəst güləşçilərimiz U-23 Avropa çempionatında komanda hesabında qalib gəldi.

İlk dəfə medal sıralamasında birinci olduq. Cənab Prezident idmançılarımızı qəbul etdi. Gənclərimiz və idmançılarımız üçün yaxşı mesajlar verdi.

Artıq qalib xalqıq. Bütün idmançılarımız o qayğını bir daha hiss etdilər. Ölkə başçısının bu yarışları izləməsi, onlara diqqət göstərməsi idmançılar üçün böyük stimuldur".