Fərid Qayıbov qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb
- 02 İyl 2024 23:20
- 199
Bu gün gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ay ərzində beynəlxalq yarışlarda qazanılan uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Ağırlıqqaldırma, atletika, boks, cüdo, kamandan oxatma, akademik avarçəkmə, sahil avarçəkməsi, kayak, kanoe, kapoeyra, qılıncoynatma, qol güləşi, qrapplinq və qrapplinq qi, pouerliftinq, paraüzgüçülük, sambo, savat, şotokan karate-do idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.