Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 23-də Samux və Kəlbəcər rayonlarının, Gəncə şəhərinin sakinlərini qəbul edib.

Rekord.az xəbər verir ki, Samux şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Samux şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.