Fərid Savadov Avropa çempionu oldu
- 08 Fev 2020 18:30
- 1038
Azərbaycanın karate üzrə 14-15 yaşlı yeniyetmələrdən ibarət yığmasının üzvü Fərid Savadov (-57 kq, şəxsi məşqçisi Əziz Əzizov, seçmə komanda məşqçisi Anar Allahverdiyev) Avropa çempionu olub.
Rekord.az xəbər verir ki, finaladək monteneqrolu, serbiyalı, ukraynalı və kosovalı rəqiblərini məğlub edən perspektivli idmançımız həlledici görüşdə polşalı dünya çempionuna qalib gələrək, ilk dəfə çıxış etdiyi nüfuzlu yarışın qızıl medalını qazanıb.
Digər idmançılarımızdan Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) isə təsəlliverici mərhələnin bürünc medal uğurnda görüşündə qələbəni əldən veriblər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasıİdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib.
Macarıstanın paytaxtı Budapeştdə Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı davam edir. Mötəbər qitə yarışında 52 ölkədən 1155 idmançı mübarizə aparır.