Ferqyuson danışılmış oyunlarda iştirak edib?
- 18 Okt 2019 21:00
- 803
Aleks Ferqyusonla bağlı şok iddia ortaya atılıb. Futbol meneceri Cüzeppe Palyara "Mançester Yunayted"in sabiq baş məşqçisinin danışılmış oyunda iştirak etdiyini söyləyib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, istintaqa cəlb olunan menecerin dediyinə görə, o, Ser Aleksə Çempionlar Liqasında "Yuventus"a məğlubiyyətə görə, "Rolex" firmasından 30 min funt-sterlinq dəyərində olan saat bağışlayıb.
Palyara transferlər zamanı agentlərə köçürmələrdə pul qazanmaq üçün müxtəlif sxemlərdən istifadə etdiyini də vurğulayıb.
Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə rəhbərlik edib. Onun başçılığı altında "qırmızı şeytanlar" 13 dəfə Premyer Liqanın, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.