Fətəliyeva Avropa ikincisi oldu
- 14 Avq 2023 21:15
- 261
Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.
Rekord.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Röyalə Fətəliyeva finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha öncə Azərbaycanın digər parataekvondoçusu Sabir Zeynalov (58 kq) Avropa çempionatında bürünc medal qazanmışdı.