FİDE reytinqi: Şəhriyar da “10-luğ”u tərk etdi
- 01 Okt 2022 11:00
- 444
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu dəfə ilk “onluq”da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
2747 xalı olan Şəhriyar Məmmədyarov onuncu sıradan 13-cü pilləyə düşüb. Teymur Rəcəbov isə eyni əmsalla 16-cı sıradadır.
Digər təmsilçilərimizdən Qədir Hüseynov (2661) 84-cü yerdə qərarlaşıb. Nicat Abasovla Rauf Məmmədov isə hərəyə 2646 xalla, müvafiq olaraq, 101 və 102-ci pillələləri bölüşürlər.
Sıralamaya əvvəlki kimi norveçli hazırkı dünya çempionu Maqnus Karlsen (2856) başçılıq edir. Çinli Dinq Liren (2811) 2-ci, rusiyalı Yan Nepomnyaşi (2793) 3-cüdür.
Qadın şahmatçıların reytinq cədvəlində Günay Məmmədzadə beş pilləlik irəliləyişlə ilk “iyirmiliy”ə daxil olub. 22 yaşlı iti zəka sahibi 2483 xalla 18-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2422) 39-cu, Gülnar Məmmədova (2389) 62-ci, Xanım Balacayeva (2379) 66-cı, Gövhər Beydullayeva isə (2356) 98-ci pillədədir.
Çinli Hou Yifan (2638) lider, rusiyalı Aleksandra Qoryaçkina (2584) ikinci, hindistanlı Hampi Koneru (2574) üçüncüdür.