FİDE reytinqi: Şəhriyar ilk “10-luğ”u tərk etdi
- 30 Apr 2022 19:21
- 538
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Rekord.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
Şəhriyar Məmmədyarov 2759 xalla 1 pillə geriləyərək, 11-cı sırada qərarlaşıb. 2753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub.
Qədir Hüseynov (2 668) 6 pilləlik sıçrayışla 70-ci yerə yüksəlib. Rauf Məmmədov (2 656) isə 86-cı sıraya enib.
Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlkitək siyahıya başçılıq edir. Xallarını 2806-ya çatdıran çinli Dinq Liren Fransa təmsilçisi Alireza Firuzcanı (2804) qabaqlayaraq, 2-ci pulləyə qalxıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2454) 26-cıdır. Gülnar Məmmədova (2387) 60-cı, Gövhər Beydullayeva (2384) 65-ci sıraya yüksəlib. Xanım Balacayeva isə (2 376) 73-ci pilləyə geriləyib.