FIFA DÇ-2022-nin seçmə oyunlarını təxirə salmağa dəvət etdi
- 06 Mar 2020 15:27
- 660
FIFA və Asiya Futbol Konfederasiyası (AFC) DÇ-2022-nin AFC zonası və 2023-cü ildə Asiya Kubokunun seçmə mərhələləri ilə əlaqədar milli assosiasiyalara rəsmi təklif göndərməyi qərara alıb.
Rekord.az xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır.
Məsələ FIFA və AFC nümayəndələrinin görüşündə müzakirə edilib. Bildirilib ki, FIFA və AFC milli assosiasiyalarla məsləhətləşmədən sonra yaxın günlərdə bu matçlar barədə ətraflı məlumat verəcək:
"Ümumdünya Səhiyyə Təşkilatı, konfederasiyalar və üzv assosiasiyalarla birlikdə koronavirusun yayılmasını izləməyə davam edəcəyik".
DÇ-2022-nin Asiya zonası üzrə təsnifat mərhələsi oktyabrda başlayacaq. Mundial 21 noyabr - 18 dekabr 2022-ci ildə Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.