FİFA koronavirusa görə müqavilə müddətini uzatdı
- 08 Apr 2020 11:42
- 590
FİFA koronavirus pandemiyası ilə əlaqədar dünya futbolunda yaranmış durğunluqla əlaqədar bəzi suallara cavab gətirəcək qərarlar verib.
Rekord.az xəbər verir ki, dünyanın ali futbol qurumunun əsas qərarlarından biri futbolçu və məşqçilərlə müqavilələrin taleyi ilə bağlıdı.
Belə ki, FİFA futbolçu və məşqçilərlə müqavilələrin bütün çempionatlarda mövsüm bitənə qədər uzadılması barədə qərar qəbul edib. Bu o deməkdi ki, müqaviləsinin müddəti bu ilin yayında (30 iyun) bitən futbolçularla anlaşmaların vaxtı mövsüm bitənə qədər artırılacaq.
Oxşar qərar yeni müqavilələrə də aiddi. Bəzi futbolçular var ki, hazırda başqa klublarla erkən müqavilə bağlayıblar və həmin anlaşmalar iyulun 1-dən etibarən qüvvəyə minməli idi. Amma həmin müqavilələr də hər ölkədə yeni mövsümə start veriləndən sonra qüvvəyə minəcək.