Filippində çıxış edən hücumçumuz koronavirusa yoluxdu
- 17 Noy 2022 23:49
- 422
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Odina Əliyevanın səhhətində problem yaranıb. "Rekord.az" xəbər verir ki, Filippin birinciliyində çıxış edən hücumçumuz koronavirusa yoluxub.
Təcrübəli voleybolçumuz komandasının bu gün keçirilən oyununda iştirak etməyib. Hazırda karantində olan Əliyevanın müalicəsi davam edir.
Qeyd edək ki, Odina Əliyevanın şərəfini qoruduğu "Choco Mucho Flying" bu gün "Creamline Cool Smashers" klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.