Futbol üzrə Türkiyə kubokunda 2019/20 mövsümünün final oyununun yeri açıqlanıb.

Rekord.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Görüşün vaxtı dəyişdirilib. Mayın 21-nə nəzərdə tutulan final oyunu həmin ayın 5-nə keçirilib.

Qeyd edək ki, kubokun yarımfinalında "Fənərbaxça" "Trabzonspor"la, "Antalyaspor" isə "Alanyaspor"la qarşılaşacaq. Görüşlər martın 3-də və aprelin 21-də olacaq.

TFF Türkiyə Super Liqasının əvvəlki turlarından təxirə salınan iki oyunun da keçiriləcəyi tarixi müəyyənləşdirib. 19-cu turdan təxirə salınmış “Yeni Malatyaspor” - “Trabzonspor” matçı martın 11-nə təyin olunub. 21-ci turun “Göztəpə” - “Rizəspor” oyunu isə martın 17-də baş tutacaq.