Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub. "Rekord.az" xəbər verir ki, bu mərhələdə mübarizə ilk qarşılaşmalar aprelin 11 və 12-də baş tutacaq.

Kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda "Xarı bülbül" və "Murov" kollektivləri, bürünc medal uğrunda isə "Neftçi" və "MOİK" komandaları üz-üzə gələcəklər.

Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. "Abşeron" və "Azərreyl" çempionu, "UNEC" və "Murov" isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.

Növbəti final və üçüncülük uğrunda qarşılaşmaların keçiriləcəyi vaxtla bağlı məlumat veriləcək.

Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.

 

Yüksək Liqa (kişilər)

Final və bürünc medal uğrunda

11 aprel

1-ci oyunlar

   17:00 "Neftçi" - "MOİK"

   19:00 "Xarı bülbül" - "Murov"

 

Yüksək Liqa (qadınlar)

Final və bürünc medal uğrunda

12 aprel

1-ci oyunlar

   15:00 "Azərreyl" - "Abşeron"

   17:00 "Murov" - "UNEC"