"Liverpul" Roberto Firminoya yeni müqavilə təklif edib.

Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Yurgen Klopp da bu futbolçunun komandada qalmasını istəyir.

Lakin maraqlıdır ki, müqaviləsi 2023-cü ildə bitəcək futbolçu "Liverpul"un yeni müqavilə təklifinə cavab verməyə tələsmir. O, bildirib ki, təklif üzərində mövsüm başa çatandan sonra düşünmək istəyir. Yayılan məlumatlara görə, "Mançester Yunayted" və "Çelsi"də Firminonu heyətində görmək istəyir və heç də pis olmayan məbləğ də təklif ediblər. Futbolçunu da yol ayrıcında qoyan məhz bu məqamdı.