Beynəlxalq Voleybol Federasiyası (FIVB) daxili yarışların bərpasını məqbul hesab edib. "Rekord.az" xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən məlumata əsasən, daxili yarışlara iyunun 1-dən start verilə bilər. Milli çempionatlar yalnız bütün təhlükəsizlik qaydalarına əməl olunacağı təqdirdə təşkil edilə bilər.

Bununla da, milli liqaların kalendarlarını tənzimləmək imkanı yaranıb. Yarışlar elə tənzimlənməlidir ki, 2021-ci ilin yayına təxirə salınan Olimpiya Oyunlarına tam bitmiş olsun.

Təlimata əsasən, bütün milli çempionatlar 2021-ci ilin 18 aprelinə kimi bitməlidir. Qitə miqyaslı bütün yarışların finalları isə gələn ilin 2 mayından gec olmayaraq keçirilməlidir. Millətlər Liqası 2021-ci ildə 7 və 11 mayda başlanmalı, 27 iyunda isə bitməlidir. Qitə çempionatlarının 2021-ci il 19 avqust-19 sentyabr tarixlərində keçirilməsi müəyyənləşdirilib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bütün ölkələrdə milli çempionatlar yarımçıq dayandırılıb.