FIVB-nin yeni prezidenti seçilib
- 16 Noy 2024 22:34
- 24
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) yeni prezidenti seçilib. "Rekord.az" xəbər verir ki, noyabrın 15-də Portuqaliyanın Porto şəhərində 39-cu FIVB Dünya Konqresi start götürüb.
200 ölkənin yerli federasiyalarının nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov da iştirak edib.
Bu gün FIVB-nin prezidenti vəzifəsinə seçkilər keçirilib. Seçkinin nəticəsinə görə qurumun yeni prezidenti Fabio Azevedo olub.
Konqresə noyabrın 17-də yekun vurulacaq.
Qeyd edək ki, FIVB-nin bundan əvvəlki prezidenti Ary Graça olub. O, 2012-ci ildən bu vəzifəni icra edib.