FIVB Rusiya və Belarus voleybolçularını bütün yarışlardan kənarlaşdırdı
- 02 Mar 2022 11:59
- 502
Ukraynada baş verən hadisələrlə bağlı Rusiya və Belarus idmançılarına qarşı qadağalar davam edir. "Rekord.az" xəbər verir ki, bu dəfə rusiyalı və belaruslu voleybolçulara sanksiyalar tətbiq edilib.
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) qərarına əsasən Rusiya və Belarus yığma komandaları, idmançıları, klubları və rəsmi nümayəndələri bu idman növü üzrə heç bir yarışda iştirak edə bilməyəcək. Qurumun qadağası çimərlik voleybolu və qar üzərində voleybola da şamil olunub.
FIVB-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, qərar imzalandığı andan dərhal qüvvəyə minib və növbəti bildirişə qədər davam edəcək.