
Fiziyev Qeyciyə məğlub oldu
- 09 Mar 2025 13:30
- 65
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, 32 yaşlı idmançı UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeyci ilə üz-üzə gəlib.
Üç raundun yekununa əsasən R.Fiziyev rəqibinə uduzub.
2023-cü ilin martında UFC 286 turnirində də Fiziyev Qeyciyə məğlub olmuşdu.