Braziliyanın sonuncu çempionu “Flamenqo” klubunun baş məşqçisi Jorje Jezusda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 65 yaşlı portuqaliyalı mütəxəssisdə koronavirus testinin pozitiv çıxdığı diqqətə çadırılıb.

“Flamenqo”ya tarixinin ən yaxşı mövsümünü yaşadan məşqçi artıq karantinə alınıb. Texniki heyətin digər üzvləri və futbolçulardakı testlərin nəticəsi isə neqativ çxıbı.

2019-cu ilin iyun ayından “Flamenqo”nu çalışdıran Jorje Jesus, bu komandaya 38 il sonra Libertadores kubokunu qazandırıb.