Hans-Diter Flik "Barselona" tarixində 10-dan çox oyun keçirmiş baş məşqçilər arasında qalibiyyət faizinə görə ikinci pillədə qərarlaşıb.


Rekord.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.


O, buna komandanın La Liqanın 27-ci turundan təxirə salınmış matçında "Osasuna"nı məğlub etməsi (3:0) sayəsində nail olub.


Almaniyalı mütəxəssisin Kataloniya təmsilçisində qələbə faizi (44 oyun, 33 qalibiyyət) 75-dir. O, bu göstəricidə Tito Vilanova ilə birlikdə 2-ci sıradadır.


Klub tarixində qələbə faizinə görə ilk pillədə Luis Enrike (76,24 faiz) yer alıb.


"Barselona" La Liqada 28 turdan sonra 63 xalla liderdir.